SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

QALMAQAL! Iran şahmatçısı DÇ-dan kənarlaşdırıldı!

Hindistanın paytaxtı Dehlidə keçirilən 20 yaşadək şahmatçılar arasında Dünya Çempionatında qalmaqal yaşandı. 

Chess.az xəbər verir ki ,həmyerlimiz Məhəmməd Muradlının da çıxış etdiyi dünya birinciliyində xoşaqəlməz siyasi insindent yaşandı. Belə ki ,dördüncü turda püşk İran şahmatçı Aryan Golamini İsrail təmsilçisi Aleksandr Zlatina rəqib etdi. Zlatin oyuna gəlib və ağlarla oynadığından ilk gedişini etsə də (e4) ,İran şahmatçısı oyuna çıxmaqdan imtina edərək oyun zalını tərk etdi. Dünya Çempionatının təşkilat komitəsi FİDE ilə məsləhətləşdikdən sonra, iranlı şahmatçıya bu oyunda məğlubiyyət verməklə yanaşı ,onu yarışdan kənarlaşdırılması ilə bağlı qərar edib. Beləliklə ,Aryan Golami üçün Dünya Çempionatı elə dördüncü turdan sonra bitdi. 

Xatırladaq ki ,Golami ilk dəfə deyil ki ,belə bir hərəkətə yol verir. Golami bu ilin yanvar ayında İsveçdə keçirilən "Rilton Cup"-da israil şahmatçısısı Ariel Erenberqlə oynamaqdan imtina etmişdi .Analojı hadisə bu ilin aprel ayında Almaniyada keçirilən "Grenke Chess" turnirində baş yaşanmışdi. O vaxt başqa bir  İranlı təmsilçi Alirza Firuja ,israilli Or Bronşteynlə oyuna çıxmaqdan imtina etmişdi .Hər iki məsələni araşdıran FİDE ,hər iki şahmatçıya xəbərdarlıq etməklə kifayətlənmişdir . Görünür bu dəfə FİDE məsələ ilə bağlı daha ciddi addımlara atmağa qərarına gəlib. 


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss