SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

ŞOK ! Karyakin ,Yu Yanyi ,Şırov və Dreyev.... (KURYOZ)

Ingiltərənin Men adasında keçirilən "Grand Swiss 2019" şahmat turnirində olduqca maraqlı və kuryoz bir hadisə yaşandı. 

Chess.az  xəbər verir ki ,dünən keçirilən 8-ci turun oyunları çərçivəsində 7-ci masada mübarizə aparan Aleksey Şirov (İspaniya)-Yu Yanyi (Çin) və 8-ci masadan oynayan Sergey Karyakin (Rusiya)-Aleksey Dreyev (Rusiya) cütlükləri ilk 19 gedişi tamamilə eyni oynayıb!!!

 


Belə halların şahmat aləmində olmaması səbəbindən hakimlər kolleqiyası oynlara bir neçə dəqiqəlik ara  verib məsləhətləşdikdən sonra , Şirov-Yu Yanyi cütünü zalın başqa bir zonasına keçirmək barədə qərar qəbul edib. 


20-ci gedişdən sonra fərqli oynamağa başlayan cütlərin nəticəsi də fərqli oldu. Dreyevə qarşı oynayan Karyakin bu olaydan cəmi 11 gediş sonra rəqibini təslim olmağa məcbur etdi.

 Şirov-Yanyi oyunu isə bərabərliklə nəticələndi. 

Oyundan sonra Sergey Karyakin şəxsi Tvitter hesabında hadisəni şərh etdi :"Maraqlı olay oldu bu gün. Bizdə də ,onlarda da eyni vəziyyət yarandı. Əslində mən g4 gedişini qarışdırıram. Sonda Şırov mənim kimi oynadı ,mən Şirov kimi ,Dreyev Yu kimi oynadı ,Yu da mənim hazırlığıma inandı ! Bax bu belə işləyir!"


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss