Norveçin paytaxtı Osloda "Fişer Şahmatı" (Fischer Random) üzrə ilk rəsmi Dünya Çempionatı sona yaxınlaşır.
Chess.az xəbər verir ki ,Dünya Çempionatının yarımfinalında meydan sahibi Maqnus Karlsen gərgin mübarizədə amerikalı Fabiano Karuananı məğlub edərək adını finala yazdırdı. Digər yarımfinalda isə ABŞ təmsilçisinin üzü güldü. Vesli So rusiyalı Yan Nepomnyaşiyi məğlub edərək finalda Maqnus Karlsena rəqib oldu.
Final və üçüncü yer uğrunda qarşılaşmalar sabah keçiriləcək. Qeyd edək ki ,Dünya Çempionatının final mərhəlisinin ümumi mükafat fondu 290 000 ABŞ dolları təşkil edir və Dünya Çempionatının qalibi 125 000 dollar mükfat alacaq.