SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Bavariya"da Əsədli rüzgarı əsir!

Almaniyanın Münhen şəhərində 23-cü"Bavaria Open" şahmat turniri keçirilir. 
Chess.az xəbər verir ki ,yarışda ümumilikdə  26 ölkədən 500-dən artıq şahmatçı mübarizə aparır. Turnirdə amerikalılar Qata Kamskiy və Timur Qareyev ,belaruslu Sergey Azarov ,ukraynalı Pavel Elyanov ,rusiyalı Anton Demçenko ,hindistanlı Qukeş və Seturaman kimi kifayət qədər tanınan və güclü şahmatçılar mübarizə aparır. Ölkəmizin bu turnirdə gənc qrossmeysterimiz Vüqar Əsədli təmsil edir. 

    Sevindirici haldır ki ,keçirilmiş dörd turdan sonra ,Vüqar 100%-lıq nəticə ilə yarış cədvəlinə liderlik edir. İlk üç turda almaniyalı şahmatçıları əzib keçən Əsədli ,dünən turnirin əsas favoritlərindən biri hesab olunan hindistanlı Seturamanı(2624) məğlub edib. 
 Bu gün turnirin 5-ci turun oyunları keçiriləcək. Vüqarın  rəqibi ukraynalı Vitaliy Bernadskiy olacaq.Oyun Bakı vaxtı ilə saat 19:15-də başlaycaq.  

5-Cİ TUR
VİTALİY BERNADSKİY (UKRAYNA)-VÜQAR ƏSƏDLİ

4-CÜ TUR
VÜQAR ƏSƏDLİ-S.P.SETURAMAN (HİNDİSTAN) 1:0

3-CÜ TUR
VÜQAR ƏSƏDLİ-MAKS HESS (ALMANİYA) 1:0

2-Cİ TUR
HOLQER RAŞ (ALMANİYA) -VÜQAR ƏSƏDLİ 0:1

1-Cİ TUR
VÜQAR ƏSƏDLİ-TOBİAS VENNER(ALMANİYA) 1:0скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss