SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Vüqar Şusterə qarşı

Almaniyanın Münhen şəhərində 23-cü"Bavaria Open" şahmat turniri davam edir. 
Chess.az xəbər verir ki ,yarışda ümumilikdə  26 ölkədən 500-dən artıq şahmatçı mübarizə aparır. Turnirdə amerikalılar Qata Kamskiy və Timur Qareyev ,belaruslu Sergey Azarov ,ukraynalı Pavel Elyanov ,rusiyalı Anton Demçenko ,hindistanlı Qukeş və Seturaman kimi kifayət qədər tanınan və güclü şahmatçılar mübarizə aparır. Ölkəmizin bu turnirdə gənc qrossmeysterimiz Vüqar Əsədli təmsil edir. 

    Ardıcıl dörd qələbədən sonra ,beşinci ukraynalı şahmatçı Vitaliy Bernadskiyə məğlub oldan Vüqar ,altıncı turda yerli şahmatçı Gerlef Meinslə heç-heçə edib. Keçirlimiş 6 turdan sonra Əsədli aktivində 4.5 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Yarışa isə 5.5 xalla belaruslu Sergey Azarov və amerikalı Timur Qareyev başçılıq edirlər. 
 Bu gün turnirin 7-ci turun oyunları keçiriləcək. Vüqarın  rəqibi alman Karsten Şuster olacaq. Oyun Bakı vaxtı ilə saat 19:15-də başlaycaq.  

7-Cİ TUR
VÜQAR ƏSƏDLİ -KARSTEN ŞUSTER(ALMANİYA)

6-CI TUR
GERLEF MEİNS (ALMANİYA)-VÜQAR ƏSƏDLİ 0.5:0.5

5-Cİ TUR
VİTALİY BERNADSKİY (UKRAYNA)-VÜQAR ƏSƏDLİ 1:0

4-CÜ TUR
VÜQAR ƏSƏDLİ-S.P.SETURAMAN (HİNDİSTAN) 1:0

3-CÜ TUR
VÜQAR ƏSƏDLİ-MAKS HESS (ALMANİYA) 1:0

2-Cİ TUR
HOLQER RAŞ (ALMANİYA) -VÜQAR ƏSƏDLİ 0:1

1-Cİ TUR
VÜQAR ƏSƏDLİ-TOBİAS VENNER(ALMANİYA) 1:0скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss