Norveçin paytaxtı Osloda "Fişer Şahmatı" (Fischer Random) üzrə ilk rəsmi Dünya Çempionatının final matçı davam edir.
Chess.az xəbər verir ki ,Dünya Çempionatının finalında meydan sahibi Maqnus Karlsenlə amerikalı şahmatçı Vesli So qarşılaşırlar. İki oyun günündən sonra ,Sou böyük üstünlüklə irəlidədir. Final matçında hesab 10.5:1.5 . Karlsenin dünya çempionu olmaq cuzi şansları qalsa da ,böyük ehtimalla ilk dünya Çempionu məhz amerikalı şahmatçı olacaq.
Qeyd edək ki ,Dünya Çempionatının final mərhəlisinin ümumi mükafat fondu 290 000 ABŞ dolları təşkil edir və Dünya Çempionatının qalibi 125 000 dollar mükfat alacaq.
VESLİ SO (ABŞ)-MAQNUS KARLSEN(NORVEÇ) 10.5:1.5