SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"GRAND PRİX 2019". TAMAŞA BAŞLAYIR

Bu gün “Grand Prix 2019” seriyasının üçüncü mərhələsinin açılış mərasimi keçiriləcək.      
Chess.az xəbər verir ki , Almaniyanın Hamburq şəhərində yerləşən "Kervider" teatrında keçiriləcək yarış olduqca gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir. Xatırladaq ki ,ümumilikdə dörd mərhələdən ibarət seriyada hər şahmatçı yalnız üçündə iştirak edə bilər. İlk iki mərhələdə iştirak etmiş və hətta Latviyada keçirilmiş sonuncu mərhələnin qalibi olmuş Şəhriyar Məmmədyarov Hamburqda çıxış etməyəcək. Latviyanın paytaxtı keçirilən mərhələdə çıxış etməyən Teymur Rəcəbov isə əksinə ,bu dəfə iştirakçılar arasındada olacaq. Bu həmçinin Teymurun Dünya Kubokundakı möhtəşəm qələbəsindən sonra ilk yarışı olacaq. 
Keçirilmiş iki mərhələdən sonra ,seriyaya 10 balla Şəhriyar Məmmədyarov və Aleksandr Qrişyuk başçılıq edirlər. Qeyd edək ki ,"Grand Prix 2019" seriyasının sonunda ilk iki pilləni tutan şahmatçı 2020-ci ildə keçiriləcək İddiaçılar turnirinə vəsiqə qazanacaq. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss