SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Grand Prix 2019": Qrişyuk İddiaçılar turnirində!?

“Grand Prix 2019” seriyasının üçüncü mərhələsi başa çatdı.    
Chess.az xəbər verir ki , Almaniyanın Hamburq şəhərində keçirilən mərhələdə və həmyerlimiz Teymur Rəcəbovun 1\8 final mərhələsində mübarizəni dayandırdığı yarışın finalında rusiyalı Aleksandr Qrişyuk və polyak Yan-Kşıştof Duda üz üzə gəliblər. 
      “Grand Prix 2019” üçüncü mərhələsinin final qarşılaşmasında Aleksandr Qrişyuk tay-brekdə qalib gələrək yarışın qalibi oldu. Bu qələbə sayəsində Qrişyuk son mərhələdən əvvəl böyük üstünlük əldə edib. "Grand Prix 2019" seriyasının keçirlmiş üç mərhələsindən sonra , "Grand Prix 2019"-un ümumi hesabına aktivində 20 balı olan  Qrişyuk başçılıq edir. Fransız Maksim Vaşye-Laqraf 13 xalla ikinci ,həmyerlimiz Şəhriyar Məmmədyarov 10 xalla üçüncü ,rusiyalı Yan Nepomnyaşiy isə 9 xalla dördüncü pillədə qərarlaşıblar. Aleksandr Qrişyuk 2020-ci ildə keçiriləcək İdidaçılar Turnirinə vəsiqəni demək olar ki ,təmin edib. Duda üzərində qazanılan qələbədən sonra Qrişyukun qələbə sevinci də onun sonda iki vəsiqədən birinə malksimum yaxınlaşdığını gösdtərir.  

   

Amma. İstrailin Yerusalim şəhərində keçiriləcək sonuncu mərhələdə Qrişyuk iştirak etməyəcək. Bildiyiniz kimi hər bir şahmmatçı  "Grand Prix 2019" seriyasının dörd mərhələsində üçündə iştirak edə bilər. Qrişyuku yalnız bir variant İddiaçılar Turnirindən kənarda qoya bilər. İsraildə keçiriləcək mərhələdə fransalı Maksim Vaşye-Laqraf finala qədər tey-breksiz irəliləsə və ora qədər tey-breksiz irəliləyən  həmyerlimiz Şəhriyar Məmmədyarova finalda uduzarsa o zaman Məmmədyarov və Vaşye-Laqraf Qrişyukyu ümumi hesabda arxada qoyur. Yerdə qalan bütün variantlarda Qrişyuk iki vəsiqədən birini özünə təmin etmiş olur. Şəhriyar Məmmədyarovun ikinci vəsiqəyə sahib çıxması üçün İsraildə ən azı finala çıxması gərəkir ,o da ki ,bir şərtlə o finalda nə Vaşye-Laqraf nə də ki ,Yan Nepomnyaşiy olmasa. Əgər onlardqa biri finala qədər irəliləsə Şəhriyar mütləq şəkildə Yerusalim mərhələsinin qalibi olmalıdır.  ç
      Qeyd edək ki , Teymur Rəcəbov  Dünya Kubokunun qalibi kimi İddiaçılar turnirinə vəsiqəni təmin etdiyindən onun "Grand Prix 2019"-un üçüncü və dördüncü mərhələlərdəki  çıxışı formal xarakter daşıyır. 



FİNAL
ALEKSANDR QRİŞYUK (RUSİYA) -YAN-KŞIŞTOF DUDA (POLŞA) 3.5:2.5

1\2 FİNAL
MAKSİM VAŞYE-LAQRAF (FRANSA) -ALEKSANDR QRİŞYUK (RUSİYA) 0.5:0.1
YAN-KŞIŞTOF DUDA (POLŞA)-DANİİL DUBOV (RUSİYA)  3.5:2.5

1\4 FİNAL
VESELİN TOPALOV (BOLQARISTAN)-MAKSİM VAŞYE-LAQRAF (FRANSA) 0.5:1.5
ALEKSANDR QRİŞYUK (RUSİYA)-DAVİD NAVARRA (ÇEXİYA) 1.5:0.5
DANİİL DUBOV (RUSİYA)-PETR SVİDLER (RUSİYA) 3.5:2.5
YA YANYİ(ÇİN)-YAN-KŞIŞTOF DUDA (POLŞA) 0.5:1.5

1\8 FİNAL
MAKSİM VAŞYE-LAQRAF (FRANSA)-VEY Yİ (ÇİN) 1.5:1
HİKARU NAKAMURA(ABŞ)-VESELİN TOPALOV (BOLQARISTAN) 1:1.5

DAVİD NAVARRA (ÇEXİYA)-NİKİTA VİTİUQOV (RUSİYA) 3:1
RADOSLAV VOYTAŞEK(POLŞA)-ALEKSANDR QRİŞYUK (RUSİYA) 1.5:2.5

TEYMUR RƏCƏBOV(AZƏRBAYCAN)-DANİİL DUBOV (RUSİYA)
3.5:4.5
PETR SVİDLER (RUSİYA)-PENTALA HARİKRİŞNA (HİNDİSTAN) 1.5:1

DMİTRİY YAKOVENKO (RUSİYA)-YA YANYİ(ÇİN)  1.5:2.5

YAN-KŞIŞTOF DUDA (POLŞA)-YAN NEPOMNYAŞİYA (RUSİYA) 1.5:1
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss