SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

ŞOK: Karlsen Norveç Federasiyasından çıxdı! ( 5 MİLYONLUQ QALMAQAL)

Dünya Çempionu Maqnus Karlsen Norveç Şahmat Federasiyasını tərk etdi. 
Chess.az xəbər verir ki, bu barədə xəbəri məşhur norveçli jurnalist Tarje Svensen öz Tvitter hesabında dərc edib. Xəbərdə deyilir ki ,Dünya Çempionu Maqnus Karlsen Norveç Şahmat Federasiyasının tərkibindən çıxıb və bu gündən sonra komanda yarışlarında Norveç millisini təmsil etməyəcək. Buna səbəb ,Maqnusla federasiya arasında yaranmış 5 000 000 avroluq sponsor razılaşmasıdır. Belə ki , Maqns Karlsenlə sponsor müaviləsini imzalamaq istəyən İsveçin "Kindred" bukmeker kontoru NFF-dan rədd cavabı alıb. Norveç qanunvericiliyinə görə ölkədə xarici bukmeker kontorların reklamı qadağandır .Karlsen isə əksini düşünür. O İsveç şirkətlə əməkdaşlıqda maraqlı olub və federasiyanın ona qarşı olduğunu düşünür. Sonda tərəfələr arasında narazılıq böyüyüb və Karlsen Federasiynın tərkibindən çıxmaq qərarına gəlib. Məsələ ilə bağlı hər iki tərəf hələ ki ,rəsmi açıqlama verməyib.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss