SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dvorkoviç hər şeyə aydınlıq gətirdi.

Rusiya Şahmat Federasiyası gələn il ölkədə keçiriləcək iki mühüm yarışla əlaqədar mətbuat konfransı təşkil edib.  
  Chess.az xəbər verir ki ,mətbuat konransında Rusiya Şahmat Federasiyasının prezidenti Andrey Filatovla bərabər ,FİDE prezidenti Arkadiy Dvorkoviç ,FİDE-nin icraçı direktoru Emil Sutovskiy və şahmat üzrə eks Dünya çempionu Anatoliy Karpov iştirak ediblər.
FİDE prezidenti Arkadiy Dvorkoviç Dünya Şahmat Olimpiadasının keçiriləcəyi məkanın Xantı-Manskiysdən Moskvaya keçirilməsi ilə bağlı Hamburqda verdiyi sensasiyalı açıqlamaya aydınlıq gətirib :" Olimpiadanı əsas qəbul edən şəhər Xantı-Mansiys olacaq. Orada Olimpiadanın açılış mərasimi ,FİDE Konqressi və digər rəsmi tədbirlər keçiriləcək. Tarixlərdə bəzi sürüşmələr olacaq. Rəsmi açılış mərasimi isə iyulun 29-da Xantı-Mansiyskdə keçiriləcək. Bu böyük yarışı daha baxımlı və tamaşaçılar üçün daha əlçatan etmək üçün ,yarışın özünü avqustun 5-dən 17-dək Moskvada keçirilməsinə qərar verdik".   

Qeyd edək ki , sözügedən Dünya Şahmat Olimpiadası kişilərdə  sayca 44-cü ,qadınlarda isə 29-cu olacaq. İlk Şahmat Olimpiadası 1927-ci ildə Londonda keçirilmişdir. Moskva indiyədək bu yarışa iki dəfə ev sahiblik edib .1956 və 1994-cü illərdə. Xantı-Mansiysk isə analojı yarışa 2010-cu ildə ev sahibliyi etmişdir.
Daha sonra İddiaçılar turniri ilə bağlı qərarlar açıqlandı. Beləliklə , İddiaçılar turniri gələn ilin  martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. Xatırladaq ki ,İT-2020-də iştirak edəcək 8 şahmatçıdan 4-ün adı artıq məlumdur. Bunlar ,ötən il Dünya Çempionu adı uğrunda final matçında Maqnus Karlsenlə məğlub olmuş Fabiano Karuana (ABŞ) ,Dünya Kubokunun qalibi Teymur Rəcəbov (Azərbaycan) ,Dünya Kubokunun finalçısı Dinq Liren (Çin) və "Grand Swiss 2019"-un qalibi Vanq Xao (Çin). Bu dördlyüə "Grand Prix 2019" seriyasında ilk iki yeri tutmuş şahmatçılar ,son bir il ərzində reytinqə görə ən yaxşı göstəriciyə malik olan şahmatçı ,səkkizinci şahmatçı isə təşkilatçılar tərəfindən təyin olunacaq(Wild Card). 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss