SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Teymur Rəcəbov Yerusalimə getmir!

Qrossmeysterimiz Teymur Rəcəbov “Grand Prix 2019” seriyasının dördüncü mərhələsində iştirak etməyəcək.    
Chess.az xəbər verir ki ,dekabrın 10-dan 24-dək İsrailin Yerusalim şəhərində keçiriləcək “Grand Prix 2019” sonuncu mərhəlisndə Teymur Rəcəbovun iştirak etməyəcəyi dəqiqləşib. Bu barədə FİDE-nin rəsmi internet səhifəsi məlunmat yayıb. Məlumatda deyilir ki ,səhhətində yaranan problemlərə görə Teymur Rəcəbov Yesrusalim mərhəlisndə iştirak etməkdən imtina edib. Aparılmış araşdırmalar  onun səhhətində həqqiətən də problem olduğunu üzə çıxarıb və FİDE Rəcəbovun bu qərarına etiraz etmir.
      Qeyd edək ki ,"Grand Prix 2019" seriyasının üç mərhələsindən sonra ,ümumi hesabda aktivində 20 balı olan  rusiyalı Aleksandr Qrişyuk liderlik edir.  Fransız Maksim Vaşye-Laqraf 13 xalla ikinci ,həmyerlimiz Şəhriyar Məmmədyarov 10 xalla üçüncü ,rusiyalı Yan Nepomnyaşiy isə 9 xalla dördüncü pillədə qərarlaşıblar. Aleksandr Qrişyuk 2020-ci ildə keçiriləcək İdidaçılar Turnirinə vəsiqəni demək olar ki ,təmin edib.  Qrişyuku yalnız bir variant İddiaçılar Turnirindən kənarda qoya bilər. İsraildə keçiriləcək mərhələdə fransalı Maksim Vaşye-Laqraf finala qədər tey-breksiz irəliləsə və ora onun kimi tey-breksiz irəliləyən  həmyerlimiz Şəhriyar Məmmədyarova uduzarsa ,o zaman Məmmədyarov və Vaşye-Laqraf Qrişyukyu ümumi hesabda arxada qoyur. Yerdə qalan bütün variantlarda Qrişyuk iki vəsiqədən birini özünə təmin etmiş olur. Şəhriyar Məmmədyarovun ikinci vəsiqəyə sahib çıxması üçün İsraildə ən azı finala çıxması gərəkir ,o da ki ,bir şərtlə o finalda nə Vaşye-Laqraf nə də ki ,Yan Nepomnyaşiy olmasa. Əgər onlardan biri finala qədər irəliləsə Şəhriyar mütləq şəkildə Yerusalim mərhələsinin qalibi olmalıdır.  
      





скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss