SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Kostenyuk Avropa Çempionu oldu!

Monakonun Monte-Karlo şəhərində qadınlar arasında Rapid və Blitz üzrə Avropa Çempionatı davam edir. 
Chess.az xəbər verir ki ,25 ölkədən 91 şahmatçının qatıldığı mübarizədə təəsüf ki ,Azərbaycan təmsil olunmur. Dünən qitə birinciliyinin Blitz yarışı başa çatdı. 2019-cu il Blitz üzrə Avropa Çempionu adını gözlənildiyi kimi yarışın əsas reytinq favoriti olan  rusiyalı Aleksandra Kostenyuk qazandı. İkinci yeri bolqarıstanlı Antonoeta Stefanova ,üçüncü yerin sahibi isə daha bir rusiyalı Valentina Qunina oldu.  

   Xatırladaq ki ,davam edən yarışda dünya şahmat cəmiyyətinin diqqəti iki şahmatçıya yönəlib. Bunlar ,dünya qadın şahmatının canlı əfsanələri olan  eks-dünya çempionları Nona Qaprindaşvili və Maya Çiburdanidzedir. Başa çatan Blitz yarışında Çiburdanidze 25-ci ,Qaprindaşvili isə yarışı 37-ci pillədə bitirdilər. 
Hazırda Avropa Çempionatının Rapid yarışı keçirilir. Keçirlmiş yeddi turdan sonra turnirə latviyalı Laura Roqul başçılıq edir. 

CANLI YAYIM
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss