SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya çempionatı "Lujniki"-də keçiriləcək!

Dekabrın 25-dən 30-dək Rusiyanın paytaxtı Moskvada keçiriləcək Rapid və Blitz üzrə Dünya Çempionatlarının ("King Salman World Cup") keçiriləcəyi məkanı məlum oldu.
Chess.az xəbər veri ki , Dünya Birinciliyi ötən il olduğu kimi yenidən Rusiyada keçiriləcək. Amma ötən il olduğu kimi Sankt-Peterburqda deyil, Rusiyanın paytaxtı Moskvada şəhərində baş tutacaq. Dünən isə FİDE turnirin keçiriləcəyi məkanı açıqlayıb. Beləliklə, Dünya Çempionatı "Lujniki" arenasının VİP kompleksində keçiriləcək. 2018-ci ildə Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı öncəsi təmirdən sonra yaranan bu kompleks stadionun C sektorunda yerləşir. Geniş və işıqlı olan məkanın pəncərələri 78 360 min nəfər tutumum olan möhtəşəm "Lujniki" stadionunun yaşıl meydanına baxır. 
Xatırladaq ki ,dünyanın ən güclü şahmatçıların qatıldığı yarış, son illər Səudiyyə Ərəbistanda keçirilirdi və ölkənin mərhum Kralı olan Kral Salmanın adını daşıyırdı. Ötən il FİDE-də prezident seçkilərindən sonra Ali şahmat qurumunun yeni başçısı Arkadiy Dvorkoviç  Səudiyyə Ərəbistanın rəhbərliyi ilə danışıqlara gedərək, Dünya çempionatını adını saxlamaq şərtilə Rusiyada keçirilməsinə dair razılıq əldə etmşdir. Ötən il "King Salman World Cup" adı altında Dünya Çempionatı Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmişdir. Onu da qeyd edək ki, FİDE ilə Səudiyyə Ərəbistanı arasında əldə olunan razılığa əsasən yarışın mükafat fondunun böyük hissəsi da Səudiyyə Ərəbistanı höküməti tərəfindən qarşılanır.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss