SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

MÖHTƏŞƏM START

İlin ən çox gözlənilən şahmat yarışı start götürdü. Bu gündən etibarən bütün dünya şahmat ictimaiətinin  diqqəti  Almaniyanın paytaxtı Berlin şəhərinə yönəldi. Dünya Çempionu adı uğrunda İddiaçıların turnirinin ilk turunda həmyerlimiz, turnirin reytinq-favoriti olan Şəhriyar Məmmədyarov qara fiqurlarla rus Sergey Karyakina qalib gələrək nə qədər iddialı olduğunu bütün dünyaya göstərdi. Sabah keçiriləcək 2-ci turda Məmmədyarov ağ fiqurlarla erməni Levon Aronyanı sınağa çəkəcək. Yarışda ümumilikdə 8 şahmatçı mübarizə aparır, turnir dairəvi sistemlə iki dövrədən ibarət olacaq. Yarışda birinci pilləni tutan şahmatçı bu ilin noyabr ayında  London keçiriləcək Şahmat Tacı uğrunda matçda  hazırki Dünya çempionu Maqnus Karlsenin  rəqibi olacaq. 
1-ci tur 
Karyakin (Rusiya)  - Məmmədyarov (Azərbaycan)      0:1
Kramnik (Rusiya)   - Qrişyuk (Rusiya)                          1:0
Aronyan (Ermənistan) - Dinq Liren (Çin)                   0.5:0.5
Karuana (ABŞ)   -  So (ABŞ)                                           1:0
2-ci tur 
Məmmədyarov (Azərbaycan)  - Aronyan (Ermənistan)
Qrişyuk  (Rusiya)  - So (ABŞ)
Dinq Liren (ÇİN)  - Karuana (ABŞ)
Kramnik  (Rusiya) - Karyakin (Rusiya) скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss