SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

BERLİN 2018

 Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən Dünya Çempionluğuna İddiaçılar turnirində ilk və kifayət qədər ciddi skandal yaşandı. Birdən birə dörd şahmatçı yarışın təşkilatçılarına öz iradlarını bildiriblər. Şikayətçilərin sırasında həmyerlimiz Şəhriyar Məmmədyarov da var və onu şikayət etməyə kifayət qədər ciddi əsası olub. Belə ki əsasən zaldakı səslə bağlı narazı olan  Karyakin,Kramnik və Qrişuka haqq qazandıran Şəhriyar səsdən əlavə  daha ciddi problemnən söz açıb :"Təbii ki zalda səs hiss olunur. Amma məni başqa bir şey şoka salıb. Karyakinlə partiyanın həlledici məqamında, mən yaxınlığda tamaşaçılar üçün asılmış monitoru gördüm və orada Yudit Polqar  ağların bu partiyada  necə heç heçə edə biləcəyini ətraflı izah edirdi.  Mən həmin an hakimə yaxınlaşdım və bu ciddi qayda pozuntusuna diqqət yetirməyini xahiş etdim. Hesab edirəm bu təşkilatçıların ciddi nöqsanıdı və belə bir şey heç bir halda olmamlıdır"(qeyd edək ki, xoşbəxtlikdən Şəhriyarın rəqibi Karyakin bu monitoru görməyib və həmyerlimiz bu partiyadan qələbə ilə ayrıldı) . Rus şahmatçıların narazılığı isə əsasən səslə bağlı oldu. Eks dünya çempionu Vladimir Kramnik bunları söylədi :"Mən təcrübəliyəm və  zalı görən kimi burada tamaşaçıların səsi bizə mane olacağını anladım. Yarışdan əvvəl  də bu barədə təşkilatçılara dedim . Onlar isə hər şeyin nəzərə alındığını və yaxşı olacağını bildirdilər. Amma onların vədinə baxmayaraq partiyalar zamanı zalda səs hiss olunur.  Təbi ki mən tamaşaçıları da anlayıram, onlar bilet alıb bu tamaşanı canlı izləmək istəyirlər , amma bu belə təşkil olunmalı idi ki həm bizə həm onlara rahat olsun" . Məmmədyarov və Kramnikdən başqa Qrişyuk və Karyakin da təşkilatçılığın zəyif olması və zaldakı səslə bağlı öz narazılığlarını bildiriblər.  скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss