SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

SON İKİ TUR

Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən Dünya Çempionluğuna  İddiaçıların turniriyavaş yavaş sona yaxınlaşır. Bu gün və sabah turnirdə son iki turun oyunları keçiriləcək. Növbəti iki tur çox maraqlı keçəçəyi indidən məlumdu. 12-ci turda qeydə alınan sürpriz nəticələrdən sonra indi birinci yerə nə az nə çox,düz 5 şahmatçı namizəddir.! Hazırda turnirin lideri 7 xalla rusiyalı Sergey Karyakindir, 2-ci pillədə onunla eyni xala malik olan amerikalı Fabiano Karuanadı, onları 6.5 xalla Dinq Liren,Qrişyuk və həmyerlimiz Məmmədyarov izləyirlər. Dinq Lirenə məğlubiyyət Şəhriyarı 2-ci pillədən 5-ci pilləyə endirsə də,yenə də hələ həçnə itirilməyib və son iki turda Şəhriyarın yarışda ümumi qələbə qazanması üçün şansı var. Bu gün keçiriləcək 13-cü turda Şəhriyarın rəqibi rusuyalı Aleksand Qrişyuk olacaq. Görüş Bakı vaxtı ilə saat 18-də başlayacaq. Qeyd edək ki ,yarışda ümumilikdə 8 şahmatçı mübarizə aparır. Turnir dairəvi sistemlə iki dövrədən ibarət keçirilir. Yarışda birinci pilləni tutan şahmatçı bu ilin noyabr ayında  London keçiriləcək Dünya Çempionu adı uğrunda titulun hazırki sahibi norveçli  Maqnus Karlsenin  rəqibi olacaq. CANLI YAYIM LİNKİ :

13-cı tur      26 mart 2018

Məmmədyarov (Azərbaycan) -Qrişyuk (Rusiya) 

Dinq Liren ( ÇİN) - Kramnik (Rusiya) 

So (ABŞ) - Karyakin (Rusiya) 

Karuana (ABŞ) - Aronyan (Ermənistan) 

14-ci tur        27 mart 2018

Kramnik (Rusiya) - Məmmədyarov (Azərbaycan) 

Qrişyuk (Rusiya) - Karuana (ABŞ) 

Aronyan (Ermənistan) -So (ABŞ) 

Karyakin (Rusiya) -Dinq Liren (ÇİN) 

12 TURDAN SONRA TURNİR CƏDVƏLİ :

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss