SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

NAMİZƏD OLMAYACAQ !

23 ildir ki Beynəlxalq Şahmat Federasiyasına (FİDE)  başçılıq edən  Kirsan İlyumjinov postundan gedir. Bu barədə İlyumjinov jurnalistlərlə söhbətdə özü məlumat verib. Bu ilin oktyabrın 3-də Gürcüstanın Batumi şəhərində keçiriləcək FİDE-nin növbəti hesabat-seçki konfransında  İlyumjinov öz namizədliyini həmvətəni Arkadiy Dvorkoviçin xeyrinə geri götürüb. İlyumjinov ilk dəfə 1995-ci ildə FİDE prezidenti seçilib. Bundan sonra o 2006,2010 və 2014 cü illərdə yenidən bu posta keçirilən seçkilərin qalibi olmuşdur. Rusiya tərəfindən irəli sürülən yeni namizəd  Arkadiy Dvorkoviç  isə, bu il  olkəsində  keçirilən prezident seçkilərinə qədər baş nazir Dmitriy Medvedevin müavini postunu tuturdu. Seçkilərdən sonra formallaşdırılan yeni hökümətdə isə Dvorkoviçin adına ras gəlinmədi.  Dvorkoviç ümumiyyətlə şahmat aləminə yaxın bir adamdır. Onun atası Vladimir Dvorkoviç uzun illər beynəlxalq dərəcəli şahmat hakimi olub.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss