SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Onları tanıyaq": Oskar Panno (RUBRİKA)

Əli Həsənov
Bu gündən başlayaraq Chess.az saytı sizə yeni rubrika təqdim edir.
Yazarımız Əli Həsənovun təqdimatında, siz, hər həftən şənbə günü dünya şahmat tarixində gəlmiş-keçmiş ən güclü qrossmeysterlərlə yaxında tanış olacaqsınız. 

Oskar Panno (Argentina)

 Oskar Panno 17 mart 1935-ci il tarixində Argentinanın paytaxtı Buenos-Ayres şəhərində anadan olub. 1953-cü ildə gənclər arasında 2-ci dünya çempionatının qalibi adını qazanıb. Həmin il qrossmeyster tituluna layiq görülən Panno eyni zamanda Argentina çempionu olmağı bacarıb. Qeyri-rəsmi reytinq hesablamalarına görə Panno 50-ci illərdə dünyada ilk 20-likdə təmsil olunub. Panno faktiki olaraq Cənubi Amerika qitəsində anadan olmuş ilk top qrossmeyster hesab olunur. Həmin dövrlər Pannonun karyerasının zirvəsi hesab olunur, belə ki o zonalararası turnirdə III yeri tutaraq iddiaçılar turnirinə vəsiqə qazanır, lakin həmin yarışda uğurun davamını gətirə bilmir, bununla belə mötəbər turnirdə layiqli çıxış edir. O Argentina millisinin heyyətində 11 dəfə Şahmat Olimpiadalarında çıxış edib. Milli ilə Olimpiyadanın bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. 50-ci illərdən sonra rəsmi yarışlarda uğurlu çıxış etməsə də, bir neçə güclü beynəlxalq turnirdə qalib gəlməyi və mükafatçılar sırasına düşməyi bacarıb. Veteran Panno 2008-ci ildə Bobbi Fişerin memorialında III yeri tutmağı ilə də yadda qalıb. 50-ci illərin əvvəllərində Argentinada şahmat çox populyar idi. Milli səviyyəsində bir neçə olimpiadada şəksiz lider SSRİ yığmasından sonra mükafatçılar sırasına düşmək böyük nailiyyət idi və o əfsanəvi yığmanın tərkibində Oskar Panno da var idi. Cənubi Amerika ölkələrindən heç biri bir daha olimpiadalarda uğurlu nəticələr göstərə bilmədi. Oscar Panno bu gün Argentinada yaşayır və özünün 86-cı ad gününə hazırlaşır.
Panno – Larsen 1971: 1.c4 Af6. 2.Ac3 e6. 3. Af3 d5. 4.d4 c6. 5.e3 Abd7. 6.Fd3 dc. 7. Fc4 b5. 8. Fd3 Fb7. 9.e4 b4. 10. Aa4 c5. 11.e5 Ad5. 12. 0-0 cd. 13. Te1 g6. 14. Fg5 Fe7. 15. Fh6 a6. 16. Tc1 Ff8. 17. Fg5 Va5?. Slavyan müdafiəsinin Meran variantı hər zaman yüksək səviyyədə kifayət qədər rast gəlinən variant olub və Bent Larsen qaralar tərəfdən çox uğurla bu sxemi tətbiq edib. Slavyan müdafəsini oynayan şəxs taxtada hər zaman kəskin və dəqiq hesablama tələb edən vəziyyətlərə hazır olmalıdır. Əgər qaralar ağların növbəti manevrinə fikir versəydilər, onlar 17...Vb8 və ya 17...Fe7 gedişlərindən birini seçərdilər. 18. Ad2! h6. 19. Ac4 Vc7. 20. Acb6 Vb8. 21. Ad7 Şd7. 22. Ff6 Tg8. 5 gediş ərzində vəziyyətin xarakteri xeyli dəyişdi və artıq ağlar açıq aşkar üstünlüyə malikdirlər. 23. Fe4 Va7. 24. Tc4 Fe7. 25. Td4 Tgd8. 26. Fd5 Fd5.  27. Td5! ed. 28.e6 fe. 29. Fd4! Tələm tələsik 29. Vg4?! qaraların unikal müdafiəsi tapılır: 29...Ff6. 30. Ve6 Şc7. 31. Vf6 Tac8. 32. Te7 Şb8!  29...Vc7. 30. Ab6 Şc6. 31. Ta8 Şa8. 32. Te6 Şd7. 33. Tg6 Vc4. 34.b3 Vb5. 35 Tb6. 1-0.







































































скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss