SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Grand Master" Şahmat Klubu niyə bağlandı?

Karantin idmana necə təsir edir

 Ölkənin bəlkə də ən yaxşı şahmat klubu "Grand Master" kirayə xərclərini ödəyə bilmədiyindən bağlandı. "Grand Master"də karantin qadağasına görə 1 ildən artıqdı heç bir turnir keçirilmirdi. Başqa hansısa vasitə ilə ciddi qazanc götürmək imkanları da yox idi. Ölkə şahmatı ilə maraqlananlar bilir ki, bu klubun peşəkar və möhtəşəm heyəti var. Xüsusən uşaq şahmatına ölkədə ən böyük töhfə verən məktəb idi. Burda ölkə xaricində çalışmış Müşfiq Əsgərov, əməkdar məşqçi Rasim Əliyev, qrossmeyster Nicat Məmmədov Azərbaycanda kifayət qədər tanınan bir çox başqa peşəkar şahmat müəllimləri çalışırdı. Tam səmimi deyirəm, "Grand Master"in rəhbəri kimdi bilmirəm. Amma həm rəhbərlik, həm heyət böyük entuziazmla Azərbaycan şahmatının inkişafı naminə əlindən gələni edirdi. Xüsusən də uşaq yetişdirmək üçün. Son olaraq iki həftə öncə Şəhriyar Məmmədyarov kimi dünya şahmatının ulduzu "Grand Master"də uşaqlar üçün bir neçə gün master-klass keçmişdi. Təsəvvür edin ki, ölkənin ən güclü şahmat məktəblərindən biri karantin məhdudiyyətlərinə davam gətirməyib maddi çətinliklər ucbatından bağlanırsa qalan klublar, məktəblər və s. nə vəziyyətdədi? Eyni vəziyyət də qalan idman növlərindədi. Operativ qərargah Azərbaycan idmanının tonqalını qalayıb. Od çərşənbəniz mübarək!

Anar Şabanoğlu

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss