SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Avropa Çempionatı: "Odlar Yurdu" və "Gənclik" dən uğurlu start

Dünən klublar arasında Onlayn Avropa Çempionatı start götürüb.
Chess.az xəbər verir ki, martın 31-dək davam edəcək qitə birinciliyində 91 komanda mübarizəyə qoşulub. Azərbaycan Avropa Çempionatında beş klubla təmsil olunur. Bunlar turnirin ən güclü kollektivlərindən biri hesab olunan "Odlar Yurdu" klubu, "Vüqar Həşimov", "Gənclik", "Naxçıvan" və "Təhsil İdman" komandalarıdır. 
 Qeyd edək ki, qitə birinciliyinin reytinq favoriti "Odlar Yurdu" komandasının şərəfini qoruyan Şəhriyar Məmmədyarovdur. Məmmədyarovla yanaşı turnirdə müxtəlif komandalarının heyyətlərində Maksim Vaşye-Laqraf, Yan-Kşıştof Duda, Maykl Adams, Andrey Yesipenko, Vasiliy İvançyuk və bunlar kimi digər güclü şahmatçılar iştirak edir. 
 Tornelo.com şahmat platforması üzərindən oynanılan yarışın ilk günü klublarımız üçün uğurlu alınıb. Belə ki, ilk oyun günündən sonra "Odlar Yurdu""Gənclik" kollektivləri öz qrupplarında liderlik edirlər. "Vüqar Həşimov" klubu 5-ci, "Təhsil İdman" 6-cı, "Naxçıvan" komandası isə 7-ci pillələrdə qərarlaşıblar.  

KOMANDALARIN HEYYƏTLƏRİ:

"Odlar Yurdu"
1.GM.Şəhriyar Məmmədyarov (2770)
2.GM.Qədir Hüseynov (2665)
3.GM.Nicat Abasov (2664)
4.GM.Vasif Durabəyli (2606)
5.GM.Eltac Səfərli (2598)
6.GM.Cahangir Ağarəhimov (2502)


"Vüqar Həşimov"
1.GM.Rauf Məmmədov (2654)
2.GM.Vüqar Əsədli (2572)
3.IM.Aydın Süleymanlı (2512)
4.GM.Ülvi Sadıgov (2490)
5.IM.Əhməd Əhmədzadə (2431)


"Təhsil İdman"
1.GM.Misrətdin İsgəndərov (2535)
2.GM.Rəsul İbrahimov (2527)
3.IM.Məhəmməd Muradlı (2449)
4.IM.Günay Məmmədzadə (2443)
5.IM.İsmayıl Şahəliyev (2413)
6.IM.Nail Bəşirli (2382)


"Gənclik"
1.IM.Abdulla Qədimbəyli (2470)
2.IM.Murad İbrahimli (2436)
3.FM.Xəzər Babazadə (2409)
4.FM.Atilla Eynullayev (2347)
5.FM.Read Səmədov (2332)
6.   Cahandar Azadəliyev (1883)


"Naxçıvan"
1.GM.Urfan Sevdimalıyev (2369)
2.IM.Talıb Babayev (2282)
3.FM.Pərviz Qasımov (2337)
4.IM.Toğrul Həsənzadə (2322)
5.FM.Sadiq Məmmədov (2237)
6.    Sadiq Qarayev (1781)
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss