SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

İdman jurnalistləri arasında turnir keçiriləcək

İdman jurnalistləri arasında turnir.
 Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü  Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı və Etopaz-ın baş sponsorluğu ilə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş idman jurnalistləri arasında ilk onlayn şahmat turniri keçiriləcək.
Azərbaycan Şahmat Federasiyasının iştirakı ilə baş tutacaq yarışa İdman TV, Oxu Az, Estafet Az, Media Az inSportPress informasiya dəstəyi, Chess Az isə texniki dəstək verəcək.
Mayın 2-si saat 12.00-da start götürəcək yarışda iştirak etmək istəyən idman jurnalistləri turnirin direktoru, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse-prezidenti Anar Şabanoğluya anar@aija.az elektron ünvanı vasitəsilə mayın 1-i saat 12.00-a kimi müraciət edə bilərlər.
Mükafatçıların təltifetmə mərasimi mayın 4-ü saat 12.00-da AİJA-nın Azərbaycan Nəşriyyatında yerləşən baş ofisində olacaq.
Turnirin əsasnaməsi ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
http://aija.az/az/news/id-155скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss