SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Qrossmeyster Aydın Süleymanlı "Niksiç Memorialının" da qalibi oldu!

Bu yaxınlarda Monteneqronun Niksiç şəhərində keçirilən "Vladimir Bato Kontic" Memorialında birinci olan Aydın Süleymanlı, həmin şəhərdə keçirilən daha bir yarışın qalibi oldu.

 Chess.az xəbər verir ki, "Niksiç Memorialı" adlanan beynəlxalq dərəcəli turnirdə Azərbaycanın şahmat gələcəyi hesab olunan və elə həmin turnirdə sonuncu qrossmeyster balını yerinə yetirərək qrossmeyster olan 16 yaşlı Aydın Süleymanlı keçirdiyi 9 oyundan 8 xal toplayaraq yarışın qalibi oldu. Onu da qeyd edək ki, bu turnirədək 2534 reytinqinə malik olan Süleymanlı, bu turnirdə də reytinqini 25 bal artırmaqla, reytinqini 2559-a çatdırdı. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss