SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şəhriyar Məmmədyarov Aronyanı məğlub edərək üçncü oldu!

  Bu dəqiqələrdə “Champions Chess Tour” onlayn şahmat seriyasının beşinci turniri olan “New In Chess Classic” turnirinin 3-4 cü yerlər uğrunda qarşılaşma başa çatdı.

   Yarımfinalda ABŞ şahmatçısı Hikaru Nakamuraya məğlub olan təmsilçimiz Şəhriyar Məmmədyarov,  3-4-cü yerlər uğrunda matçda prinsipial qarşılaşmada erməni Levon Aronyanla üz-üzə gəldi. 

  Dünən keçirilən ilk matçda tərəflər bərabərə qalmışdırlar 2:2. Bu gün baş tutan həlledici qarşılaşmada isə sevinən tərəf Məmmədyarov oldu. Şah elə ilk oyundan yalnız qələbəyə kökləndiyini göstərdi və Aronyanı qara fiqurlarla məğlub etdi 0:1. Daha sonra tərəflər heç-heçə etdi. Üçüncü partiya isə cütün taleyini həll edən qarşılaşma oldu. Yenə qara fiqurlarla rəqibinə şans verməyən Məmmədyarov hesabı 0.5:2.5 edərək turnirin üçncüsü oldu.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss