SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Arkadiy Dvorkoviç Azərbaycana başsağlığı verib

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.

  Chess.az xəbər verir ki, ali şahmat qurumunun prezidenti belə bir insanın dünyasını dəyişməsini təkcə Azərbaycan Respublikası üçün deyil, bütün dünya şahmat ailəsi üçün böyük itkidir.
  Arkadiy Dvorkoviç bildirib ki, Azad Rəhimov dünyada idmanın, o cümlədən, şahmatın inkişafında böyük rol oynayıb: "Planetin hər bir guşəsindən olan şahmatsevərlərin xatirələrində onun birbaşa iştirakı ilə ən yüksək səviyyədə təşkil olunmuş turnir və forumlar - Ümumdünya Şahmat Olimpiadası, FIDE Konqresi, Dünya Kuboku, İddiaçılar Turniri, Qran-pri mərhələləri, Prezident Şurası və s. qalıb. Fəal işi sayəsində dünyada ilk dəfə Şahmatın İnkişafına dair Dövlət Proqramı qəbul olunaraq, həyata keçirilib". Bundan əlavə FIDE prezidenti Azad Rəhimovun xatirəsinin yaddaşlarda əbədi qalacağını vurğulayıb.
  Xatırladaq ki, Azərbaycan Respublikası Gənclər və İdman naziri aprelin 30-da ABŞ-da dünyasını dəyişib. Mərhum mayın 2-də II Fəxri Xiyabanda dəfn olunub.
 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss