SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Karlsen nəhayət ki, öz turnirində birinci oldu

Dünən dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” Onlayn şahmat seriyasının beşinci turniri olan «New İn Chess Classic» başa çatdı.   

  Chess.az xəbər verir ki, həmyerlimiz Şəhriyar Məmmədyarovun üçüncü olduğu turnirin finalında, dünya çempionu norveçli Maqnus Karlsen ABŞ şahmatçısı Hikaru Nakamuranı məğlub etdi (3:1,2:1). Beləliklə Karlsen beşinci cəhddən özü təşkil etdiyi seriyanın mərhələsində qalib ola bildi. Xatırladaq ki, indiyədək keçirilən mərhələlərin qalibləri Aniş Giri, iki dəfə Vesli So və bir dəfə isə Teymur Rəcəbov olmuşdular.   

  Ümumi hesabda gəlincə, başa çatan turnirdən sonra Maqnus Karlsen 185 xalla birinci, 145 xalla Vesli So ikinci, aktivində 109 xalı olan Teymur Rəcəbov isə üçüncü pillədə qərarlaşıblar. Seriyadakı digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə, 21 xalla 10-cu pillədə qərarlaşıb. 
  Xatırladaq ki, “Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək. Seriyanın ümumi mükafat fondu isə 1 500 000 ABŞ dolları təşkil edir. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss