SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"FTX Crypto Cup": Teymur Rəcəbov üçüncülük uğrunda son matça çıxır(CANLI.YENİLƏNİR)

Bu gün dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” Onlayn şahmat seriyasının altıncı turniri olan “The FTX Crypto Cup” başa çatır.   



1-2 YERLƏR UĞRUNDA FİNAL: MAQNUS KARLSEN (NORVEÇ)-VESLİ SO (ABŞ)

3-4 YERLƏR UĞRUNDA FİNAL:TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN)-YAN NEPOMNYAŞİY (RUSİYA)

  Chess.az xəbər verir ki, turnirin finalında ümumi hesaba liderlik edən Maqnus Karlsenlə amerikalı şahmatçı Vesli So qarşılaşırlar. Final matçının ilk oyunu 2:2 hesabı ilə nəticələndi. 3-4-cü yerlər uğrunda qarşılaşmada isə, həmyerlimiz Teymur Rəcəbovla rusiyalı Yan Nepomnyaşiy üz-üzə gəliblər. Bu cütün də ilk matçı 2:2 hesablı bərabərliklə nəticələndi. Bu gün Bakı vaxtı ilə saat 19:00-da hər iki qarşılaşmanın həlledici partiyaları start götürəcək. 

  Xatırladaq ki, turnirin mükafat fondu 220 000 ABŞ dolları və 100 000 dollar dəyərində "Bitkoin" bonus olacaq.
“Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək. Seriyanın ümumi mükafat fondu isə 1 500 000 ABŞ dolları təşkil edir. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss