SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Julius Baer Challangers": Günay Məmmədzadə Qukeş və Dinaraya qarşı (CANLI.YENİLƏNİR)

Bu gün 20 gənc şahmat ulduzunun iştirakı ilə keçirilən "Julius Baer Challengers" şahmat seriyasının ikinci turniri start götürəcək.

  
    Chess.az xəbər verir ki, Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadənin də iştirak edəcəyi budəfəki turnir "Gelfand Challenge" adlanacaq. Qeyd edək ki, beş turnirdən ibarət olan seriyanın ümumi mükafat fondu 100 000 ABŞ dolları təşkil edir. Bundan əlavə seriyanın hər turnirində qalib qələn şahmatçı Maqnus Karlsenin təşkil etdiyi və ümumi mükafat fondu 1 500 000 dollar olan "Meltwater Champions" şahmat seriyasının növbəti turnirində iştirak etmək hüququnu qazanır. 
   "Julius Baer Challengers" şahmat seriyasını sonunda isə, qalib gələn komandanın bütün üzvləri  Dubayda keçiriləcək şahmat tacı uğrunda Karlsen-Nepomnyaşiy final matçına tamaşaçı kimi iştirak etmək haqqını əldə edəcəklər. Qeyd edə ki, turnirdə iştirak edən şahmatçılar şərti olaraq iki komanda bölünüb. "Kramnik""Polqar". Təmsilçimiz Günay Məmmədzadə  Yudit Polqarın komandasında çıxış edir. Birinci turnirdən sonra Polqar komandası 96.5:88 hesabı ilə irəlidədir.  10-13 iyun tarixlərində baş tutacaq onlayn rapid turnir bu gün Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Bu gün Chess24 şahmat platforması üzərindən oynanılacaq və canlı yayımlanacaq turnirin ilk beş turu baş tutacaq.
CANLI 
"Team Kramnik": 
Nodirbek Abdusəttorov (16 yaş, Özbəkistan)
Rameşbabu Praggnanandha (15 yaş, Hindistan)
Dinara Saduakassova (24 yaş, Qazaxıstan)
Yonas Byerre (16 yaş, Danimarka)
Leon Mendonsa (15 yaş, Hindistan)
Ley Tinqje (24 yaş, Çin)
Kristofer Yu (14 yaş, ABŞ)
Olqa Badelka (18 yaş, Belarus)
Karissa Yip (17 yaş, ABŞ)
Nurgül Salimova (17 yaş, Bolqarıstan)

"Team Polgar": 
Nihal Sarin (16 yaş, Hindistan)
Evender Liang (17 yaş, ABŞ)
Vinsent Keymer (16 yaş, Almaniya)
Qukeş. D (14 yaş, Hindistan)
Sarasadat Xademalşarie (24 yaş, Iran)
Volodar Murzin (14 yaş, Rusiya)
Polina Şuvalova (20 yaş, Rusiya)
Jansaya Abdumalik (21 yaş, Qazaxıstan)
Jiner Ju (18 yaş, Çin)
Günay Məmmədzadə (20 yaş, Azərbaycan)
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss