SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Julius Baer Challangers": Günay Məmmədzadədən uğurlu start (CANLI.YENİLƏNİR)

Dünən 20 gənc şahmat ulduzunun iştirakı ilə keçirilən "Julius Baer Challengers" şahmat seriyasının ikinci turniri start götürüb.

  
    Chess.az xəbər verir ki, "Gelfand Challenge"  adlı onlayn rapid turnirində ölkəmizi Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə təmsil edir. Dünən keçirlmiş ilk beş turda Günay 3.5 xal toplayaraq hal hazırda yarış cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Məmmədzadə ilk turda Qazaxıstan təmsilçisi Dinara Saduakassovaya məğlub olduqdan sonra, ABŞ şahmatçısı Kristofer Yunu məğlub edib. Daha sonra Günay hindistanlı qrossmeyster Qukeşlə heç-heçə etdikdən sonra, 4-cü və 5-ci turlarda müvafiq olaraq belaruslu Olqa Badelka Bolqarıstan şahmatçısı Nurqül Səlimovanı məğlub edərək turnirdə ümumi qələbəyə iddiasını ortaya qoydu. Bu gün Bakı vaxtı ilə saat 17:00-da start götürəcək "Gelfand Challenge" ikinci oyun günündə növbəti beş turun oyunları keçiriləcək. Yarış iyunun 13-dək davam edəcək və 19 turdan ibarət olacaq.   Qeyd edək ki, beş turnirdən ibarət olan seriyanın ümumi mükafat fondu 100 000 ABŞ dolları təşkil edir. Bundan əlavə seriyanın hər turnirində qalib qələn şahmatçı Maqnus Karlsenin təşkil etdiyi və ümumi mükafat fondu 1 500 000 dollar olan "Meltwater Champions" şahmat seriyasının növbəti turnirində iştirak etmək hüququnu qazanır. "Julius Baer Challengers" şahmat seriyasını sonunda, qalib gələn komandanın bütün üzvləri isə Dubayda keçiriləcək şahmat tacı uğrunda Maqnus Karlsen-Yan Nepomnyaşiy final matçına tamaşaçı kimi iştirak etmək haqqını əldə edəcəklər. Xatırladaq ki, turnirdə iştirak edən şahmatçılar şərti olaraq iki komanda bölünüb. "Kramnik""Polqar". Təmsilçimiz Günay Məmmədzadə  Yudit Polqarın komandasında çıxış edir. Birinci turnirdən sonra Polqar komandası 96.5:88 hesabı ilə irəlidədir.  

CANLI 
"Team Kramnik": 
Nodirbek Abdusəttorov (16 yaş, Özbəkistan)
Rameşbabu Praggnanandha (15 yaş, Hindistan)
Dinara Saduakassova (24 yaş, Qazaxıstan)
Yonas Byerre (16 yaş, Danimarka)
Leon Mendonsa (15 yaş, Hindistan)
Ley Tinqje (24 yaş, Çin)
Kristofer Yu (14 yaş, ABŞ)
Olqa Badelka (18 yaş, Belarus)
Karissa Yip (17 yaş, ABŞ)
Nurgül Salimova (17 yaş, Bolqarıstan)

"Team Polgar": 
Nihal Sarin (16 yaş, Hindistan)
Evender Liang (17 yaş, ABŞ)
Vinsent Keymer (16 yaş, Almaniya)
Qukeş. D (14 yaş, Hindistan)
Sarasadat Xademalşarie (24 yaş, Iran)
Volodar Murzin (14 yaş, Rusiya)
Polina Şuvalova (20 yaş, Rusiya)
Jansaya Abdumalik (21 yaş, Qazaxıstan)
Jiner Ju (18 yaş, Çin)
Günay Məmmədzadə (20 yaş, Azərbaycan)
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss