SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

19:30-da Məmmədyarov-Kasparov qarşılaşması (CANLI)

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə "Grand Chess Tour" şahmat seriyasının üçüncü mərhələsi başa çatacaq. 
CANLI
Chess.az xəbər verir ki, "Croatia Grand Chess Tour" adlı turnirdə ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edir. Dünən mərhələnin Blitz yarışında təmsilçimiz Şəhriyar Məmmədyarov, Azərbaycanda böyük coşqu ilə qarşılanan uğura imza atıb. Beləliklə, karyerasında ilk dəfə qarşılaşdığı eks-dünya çempionu Harri Kasparovu məğlub edən Məmmədyarov, öz fanatarını sevindirdi. etdi. Özü də Şəhriyar bu qələbəni 7 gedişə əldə etdi!!! 7-ci gedişdə Məmmədyarovun etdiyi qalaqurmadan sonra, Kasparov öncəki gedişlərdə kobud səhv etdiyini anlayıb, təslim olmağa məcbur oldu. Bu gün mərhələ Blitz turniri ilə davam edəcək və başa çatacaq. Qeyd cedək ki, Məmmədyarov bu gün bir daha Hari Kasparovla üz-zə gələcək. 24-cü turun oyunları çərçivəsində baş tutacaq qarşılaşma, Bakı vatı ilə təxminən saat 19:30-da start götürəcək.  Xatırladaq ki, Şəhriyar Məmmədyarov seriyanın birinci mərhələsi olmuş "Superbet Chess Classic Romania"-ın qalibi olmuşdur. Turnir cədvəlinə gəlincə, Rapid və Blitz turnirlərindən qarışıq olan mərhələ yarışında təmsilçimiz hal-hazırda 13.5 xalla 7-ci pillədə qərarlaşıb. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss