Rusiyanın Soçi şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.
Chess.az xəbər verir ki, dünən kişilərin yarışında 1/32, qadınların turnirində isə 1/16 final mərhələsinə yekun vuruldu. Təəsüf ki, dünən qeydə alınan nəticələrdən sonra yeddi şahmatçı ilə Dünya Kubokuna qatılan Azərbaycan yalnız bir şahmatçının ümidinə qalıb. Şəhriyar Məmmədyarov dünən tay-brekdə erməni şahmatçısı Haik Martirosyana məğlub olaraq kuboka vida edənlərin sırasına qoşuldu. İndi ümidlərimiz yalnız Vasif Durarbəyliyə bağlıdırı. Dünya Kubokundakı son təmsilçimiz Vasif, sabah başlayacaq 1/16 final mərhələsində sensasiyalı şəkildə Aniş Girini mübarizədən kanarlaşdıran özbək Nodirbek Abusəttarovla qarşılaşacaq. Oyun sabah Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.