SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Onlayn Dünya kuboku: Beş şahmatçımızın final mərhələsinə çıxmaq üçün yaxşı şansı var

Yeniyetmə şahmatçılar arasında şahmatın Rapid növü üzrə Onlayn Dünya kubokunun seçmə mərhələsi davam edir.

  Chess.az xəbər verir ki, 10, 12, 14, 16 və 18 yaşadək şahmatçılar arasında keçirilən FİDE Dünya kubokunun seçmə yarışlarında, ölkəmizi müxtəlif yaş qruplarında ümumilikdə 29 şahmatçı təmsil edir. Bir müddət öncə bəzi yaş qruplarında artıq mübarizə başa çatmışdır və finala vəsiqə qazanan şahmatçıların adları bəlli olmuşdur.  Sevindirici haldır ki, onların arasında azərbaycanlı şahmatçılar da var idi. Bunlar U-10 yaş qrupunda Xəqan Əhməd, U-12 yaş qrupunda Cahandar Azadəliyev və 18 yaşadək qızların qrupundan Ayan Allahverdiyeva və Gövhər Beydullayevadır.


 Digər yaş qruplarında mübarizəyə avqustun 16-da start verilmişdir və mübarizə hələ də davam edir. 


U-16 yaş qrupunda keçirilmiş altı turdan sonra, təmsilçimiz Xəzər Babazadə 5 xalla turnir cədvəlinin 5-15-ci yerlərini bölüşür. Aktivində 3.5 xalı Şiroğlan Talıbov 54-cü, 3 xalı olan Sadiq Qarayev isə 93-dür. 


U-18 yaş qrupunda da ilk altı tur keçirildi. Aktivində 5 xalı Aydın Süleymanlı hal hazırda yarış cədvəlinin 6-9-cu yerlərini bölüşür. Dörd xalları olan Əhməd ƏhmədzadəVüqar Manafov 22-42-ci yerləri, 3 xalı Elnur Teymurov isə 71-ci pillədə qərarlaşıb. 


U-10 qızların yarışında Səadət Bəşirli hal hazırda turnir cədvəlinin 3-12-ci yerlərini bölüşdürür.


Qızların U-12 yaş qrupunda isə, təmsilçilərimiz Xanım İsmayılova, Ayan Hüseynli və Lalə Hüseynova liderlər qrupundan xeyli geri düşüblər və hazırda müvafiq olaraq 32, 48 və 61-ci yerləri tuturlar. 

Qeyd edək ki, seçmə mərhələdə hər yaş qrupunda ilk 10 yerin sahibi final mərhələsinə vəsiqə qazanır. Rapid üzrə onlayn Dünya kubokunun final mərhələsi isə avqustun 26-dan 31-dək keçiriləcək.
  

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss