SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Grand Chess Tour": Məmmədyarovdan ilk qələbə (CANLI)

Dünən gecə ABŞ-ın Sent-Lyuis şəhərində "Sinquefield Cup" şahmat turnirinin üçüncü turun oyunları keçirildi.

CANLI

  Chess.az xəbər verir ki, "Sinquefield Cup" adlı mərhələ yarışında təmsilçimiz Şəhriyar Məmmədyarov ilk iki turda aldığı bərabərliklərdən sonra, nəhayət ki, dünən yarışda ilk qələbəsini qazana bildi. Macarıstan təmsilçisi Mixael Rapportla qarşılaşan Şah, rəqibin buraxdığı ilk kobud səhvini ona bağışlamayaraq inamlı qələbə qazandı. 
  Bərabər səviyyədə keçən qarşılaşmada Rapport gözlənilmədən əvvəlcə 39-cu gedişdə səhvə yol verdi (39.... Tg8). Təəsüf ki, Şəhriyar rəqibin bu səhvini gözləmirdi və onun bu gedişinə qeyri dəqiq cavab verdi (40. f3). Bu gedişdən sonra, taxta üzərindəki vəziyyət yenidən bərabərləşdi. Və bu anda, Rapport ardıcıl olaraq ikinci dəfə və bir gediş öncə etdiyi səhvdən daha da kobud səhvə yol verdi (40.....f6). Bu dəfə isə Məmmədyarov rəqibini bağışlamadı (41.Txe6..). Bundan sonra hər gedişlə üstünlüyünü daha da artıran Şəhriyar, rəqibini 54-cü gedişdə təslim olmağa məcbur etdi.    
  Turun digər qarşılaşmalarına gəlincə, qeyd etmək yerinə düşərdi ki, üçüncü tur kifayyət qədər məhsuldar alındı. Keçirilən beş qarşılaşmanın yalnız birində bərabərlik qeydə alındı. Gənc amerikalı Cefri Ksionq təcrübəli həmyerlisi Leyner Dominqeslə heç-heçə oynadı. Digər dörd partiyada isə qalib gələn tərəf oldu. Şəhriyardan başqa, dünən Vesli So, Maksim Vaşye-LaqrafFabiano Karuana da qələbə sevincini yaşadılar. 
  Bu gün "Sinquefield Cup"-ın dördüncü turu oynanılacaq. Şəhriyar Məmmədyarovun bugünki rəqibi çoxsaylı meydan sahiblərindən biri olan Sem Şenkland olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
  Qeyd edək ki, "Grand Chess Tour" şahmat seriyasının beşinci mərhələsində on şahmatçı iştirak edir. Bunlar həmyerlimiz Şəhriyar Məmmədyarovdan başqa, ABŞ şahmatçıları Fabiano Karuana, Vesli So, Leyner Dominqez Perez, Sem Şenkland, Cefri Ksionq və Dariuş Svirç, fransız Maksim Vaşye-Laqraf, rus Petr Svidler və macar Rixard Rapportdur
  Yarış avqustun 28-dək davam edəcək, mərhələnin ümumi mükafat fondu isə 325 000 ABŞ dolları təşkil edir.   скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss