SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Onlayn Dunya Kuboku": Altı şahmatçımız final mərhələsində

Şahmatın Rapid növü üzrə yeniyetmələr arasında Onlayn Dünya kubokunun seçmə mərhələsi başa çatdı.

  Chess.az xəbər verir ki, 10, 12, 14, 16 və 18 yaşadək şahmatçılar arasında keçirilən FİDE Dünya kubokunun seçmə yarışlarında, ölkəmizi müxtəlif yaş qruplarında ümumilikdə 29 şahmatçı təmsil edirdi. Sevindirici haldır ki, seçimlərə qatılan 29 şahmqatçıdan 6-sı final mərhələsinə vəsiqə qaza bildi. 


Bunlar, U-10 yaş qrupunda Xəqan Əhməd, U-12-də Cahandar Azadəliyev, U-16-da Xəzər Babazadə, oğlanları U-18 yaş qrupunda Aydın Süleymanlı və qızların U-18 qrupundan Ayan Allahverdiyeva və Gövhər Beydullayevadır.

Qeyd edək ki, seçmə mərhələdə hər yaş qrupunda ilk 10 yerin sahibi final mərhələsinə vəsiqə qazanır. Rapid üzrə onlayn Dünya kubokunun final mərhələsi isə avqustun 26-dan 31-dək keçiriləcək.
  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss