SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"FİDE Onlayn Olimpiada 2021": 4-cü divizionun qalibləri məlum oldu

FİDE-nin təşkil etdiyi Ikinci Onlayn Dünya Şahmat Olimpiadası davam edir. 

  Chess.az xəbər verir ki, 153 ölkənin qatıldığı sayca İkinci Olimpiadada yığma komandamız da iştirak edəcək. Azərbaycan milli komandası ötən il olduğu kimi yenə də reytinqinə görə Olimpiadaya birbaşa "Top Diviziondan" qoşulacaq. 
"Top Divizionda" mübarizə sentyabrın 8-də başlayacaq. Hələlik isə Olimpiadanın daha aşağı divizionlarında mübarizə davam edir. Dünən dördüncü divizionunda mübarizə başa çatdı. Altmış komandanın qatıldığı turnirin sonunda 16 kollektiv "3-cü Divizona" vəsiqə qazandı. 
  Bunlar, "A" qrupundan Honq-Konq, Nepal Livan, "B" qrupundan Keniya, NamibiyaFələstin, "C" qrupundan Anqola, KiprEfiopiya, "D" qrupundan Surinam, Aruba Qana, "E" qrupundan Puerto-Riko, Trinidan və TobaqoHaiti və qruplda ən yaxşı dördüncü olmuş Malavi yığmasıdır. 
   "3-cü Divizionda" mübarizə avqustun 27-dən 29-dək davam edəcək. Orada da qruplarda ilk üç yeri komandalar "2-ci Diviziona" vəsiqə qazanacaqlar.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss