SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Grand Chess Tour": Fransızın taleyi Məmmədyarovun əlindədir (CANLI)

ABŞ-ın Sent-Lyuis şəhərində keçirilən "Grand Chess Tour" şahmat seriyasının beşinci turniri olan "Sinquefield Cup" yavaş yavaş sona yaxınlaşmaq üzrədir.

CANLI

Chess.az xəbər verir ki, artıq bu gün yarışını sonuncu turu keçiriləcək. Dünən keçirilmiş səkkizinci tura gəincə, keçirilmiş beş qarşılaşmanın hamısı bərabərliklə nəticələndi. Həmyerlimiz Şəhriyar Məmmədyarov gənc amerikalı şahmatçı Cefri Ksionqla qarşılaşmada qələbə qazana bilməyərəq son tura 7-ci pillədə başlayacaq.  
Yarışa isə aktivində 5.5 xalı olan fransız Maksim Vaşye-Laqraf başçılıq edir. Onu 5 xalları olan Fabiano Karuana, Vesli So  Leyner Dominqesdən ibarət "amerikalılar qrupu" izləyir. Vaşye-Laqrafı turnirdəki qələbədən yalnız Məmmədyarov məhrum edə bilər. Şəhriyar bu gün məhz Maksim Vaşye-Laqrafla qarşılaşır. Həmyerlimizin bugünki qarşılaşmada mümükün qələbəsi və hətta tərəflərin bərabərə qalması fransızı zirvədən sala bilər. Olduqca maraqlı qarşılaşma bu gün Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Qeyd edək ki, mərhələnin ümumi mükafat fondu isə 325 000 ABŞ dolları təşkil edir.   

  скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss