SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

17 yaşlı gənc 55 günə 11 000 kilometr məsafə gət edib TOP-10-a düşdü!

Gənc hindistaslı şahmatçı Arcun Eriqaisi Kumar son iki ayda inanılmaz aktivliyi ilə ölkəsində gündəm oldu. 

 Belə ki, 17 yaşlı Arcun son 55 gün ərzində 11 000 kilometr məsafə qət edərək müxtəlif ölkələrdə 7 turnirdə iştirak edib. Arcun əvvəlcə Belqrada yollanıb və orada "Serbiya Open"-də iştirak edib. Daha sonra hind şahmatçı Serbiyanın başqa bir şəhəri olan Paraçinə yollanır və orada "Paraçin Open"-də iştirak edir. Serbiyadakı çıxışını başa vurduqdan sonra, Portuqaliyaya yollanan Kumar, orada Portuqaliya liqasının oyunlarında iştirak edib, oradan isə birbaşa İsveçrədə keçirilmiş "Biel Masters Open"-ə yollanıb. İsveçrədəki yarışdan sonra Kumar Latviyanın paytaxtı Riqa şəhərinə yollanır və oradakı çıxışını da başa vurduqadan sonra yenidən Portuqliyaya qayıdır və orada "Braganca Open""Gimaraesh  Open" adlı turnirlərdə iştirak edir. Turnirlərdə göstərdiyi nəticələrə gəlincə, Kumar öz reytinqini 2567-dən 2625-ə (+58 punkt) qaldırmaqla Hindistanın TOP-10-na daxil olmağa da bacardı.  скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss