SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Karuananın komandasına alqış!"


@Azər Mirzoyev
 Finalın  8 oyunu geridə qaldı. Dünya Çempionu adı uğrunda cəmi 4 oyun qalıb. Təbii ki matç Tay-brekə getməsə. Qeyd etmək lazımdır ki, matç çox maraqsız və darıxdırıcı olmağa başlayıb. Açıq aydın görünür ki, rəqiblər riskli və açıq oyundan qaçmağa başlayıblar. İlk 4 oyunda gördüyümüz gərgin mübarizəni növbəti oyunlarda görə bilmədik. Eyni vəziyyətlər bu matçda yox ,adi turnirlərin birində olsaydı, biz tam fərqli oyunların və nəticələrin şahidi olardıq. Bu matçda isə bir məğlubiyyətin qiyməti çox yüksək olduğundan tərəflər riskə getmir. 8-ci oyunda Fabinin qələbə qazanması üçün çox gözəl şansı yaransa da ,o  24-cü qedişdə ehtiyyatli h3 gedişilə şanslarını heçə endirdi.
5 - ci oyun :
Bu oyunda 1-ci və 3-cü oyunda olduğu kimi Fabiano yenidən Rossolimo variantını seçmişdir.  Oyun çox kəskin başlasa da tezliklə vəziyyət bərabərləşdi və oyun sakit bir tərzdə davam etdi. Bu oyunda Karuana c6 xanasında fili atla dəyişmədi,əvəzində çox maraqlı gediş edərək Karlseni təcübləndirmək istədi (6.b4). Amma bu gediş Maqnus üçün gözlənilməz olmadı. Maqnusa qarşı hələ uzaq  2005-ci ildə bu gedişi tətbiq etmişdirlər və o yaranmış vəziyətdən çıxış yolunu tapmışdır. Tanınmış avstraliyalı qrossmeyster Yan Rocers sosial şəbəkələrdə qeyd edib ki, bu variant Razuvayevin kitabında ətraflı təhlil olunub və qaralar üçün heç bir təhlüksəi yoxdur.  Karlsen da bu gedişə düzgün cavab verib (6....Axb4). Piyadanı qurban verməklə sonluqda iki fil üstünlüyünə yiyələnib və çox rahat heç-heçəyə oynaya bildi.
6-cı oyun:
Bu oyunda Fabiano yenidən qaralarla çox gözəl hazırlıq sərgiləyib. Bu dəfə matçda ilk dəfə olaraq Rus partiyası oynanıldı. Buna çox yaxşı hazırlaşan Karuana oyun ərzində kifayət qədər ciddi üstünlüyə də yiyələnməyə bacarmışdır. Fabi qələbəyə çox yaxın olsa da, Karlsen əsl Dünya Çempionuna layiq oyun sərgiləyərək yaranmış çox çətin vəziyyətdən çıxmağı bacardı və oyun heç-heçə ilə nəticələndi.
21-ci gedişdə Karuana ağ fiqurların pis koordinassiya olunmasından istifadə edərək çox dəqiq c5 gedişiylə oyunu açmağa cəhd edib. Və o andan təşəbbüs Karuanaya keçib. Bu oyunda Magnus bir neçə dəfə bəzi gedişləri nəzərdən qaçırıb. Daha sonra Karlsen fiqur gurban verib ki, çətin müdafiə vəziyyətinə cəkilməsin. Bir fiqura 3 piyada  alsa da Cempionun piyadaları elə də təhlükəli olmayıb. Vəziyyətin Magnus üçün məğlub görünən vaxtlarda, o 58...Fxa5 ,60...Fd8 və 61...Af7   çox güclü gedişlərdə oyunu xilas etməyi bacardı.
7-ci oyun:
Bu dəfə yenə də qaralarla Fabiano yüksək hazırlıq göstərib. Ümumilikdə qeyd etmək lazımdır ki, Fabinin komandası qara fiqurlarla hazırlıqda çox bacarıqlıdır !
10-cu gedişdə Fabi Magnusu yenə təəcubləndirməyə çalışıb. Magnus özü də oyundan sonra bunu etiraf edib o deyib :"Belə vəziyyətdə Vəzir d8 gedişini olduğunu bilirdim, lakin bu oyunda gözləmirdim". Qaralar daha sonra rahat bərabərlik alıblar. Fiqurlar dəyişildikdən sonra at filə qarşı sonluqda gedişlər təkrar olduqdan sonra heç-heçə qeydə alındı.
8-ci oyun:
Qaralarla əla oynayan Fabiano ilk dəfə  ağlarla ciddi üstünlüyə yiyələnməyi bacarmışdır. Və göstərdiyi oyun sayəsində qələbəyə çox yaxın idi . Bu oyunda Fabi Rossolimo variantından imtina etmişdir. Oynadığı Anti-Çelyabinsk variantında  7.Ad5 gedişilə Maqnusu bir daha təcübləndirməyə bacarmışdır. Bu arada bir daha qeyd etməyə yerinə düşər ki, bu matçda Fabianonun komandasının gördüyü iş çox samballı görsənir və onlara alqış düşür!  Bu amil belə səviyyəli matçlarda  çox böyük rol oynayır.Karlsen bu oyunda şah cinahından əks oyun qurarkən öz şahını xeyli zəiflətmişdir. Karuana yaranmış bu vəziyyətdən yararlana bilərdi. Amma 24-cü gedişdə h3 oynamaqla Fabi qələbə qazanması şanslarını heçə endirdi. Bundan sonra Karlsen fiqurlar arası koordinasiyanı bərpa etməyə bacarıb və oyunda heç-heçə qeydə alındı.скачать dle 12.1