SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Onlayn Dünya kuboku: Xəzər 1/4 finalda,balaca Cahandarı isə "çiterlikdə" günahlandırırlar

Dünən şahmatın Rapid növü üzrə yeniyetmələr arasında Onlayn Dünya kubokunun 1/8 final mərhələsi start götürdü.

  Chess.az xəbər verir ki, 10, 12, 14, 16 və 18 yaşadək şahmatçılar arasında keçirilən FİDE Dünya kubokunun final mərhələsində ölkəmizi müxtəlif yaş qruplarında ümumilikdə altı şahmatçı təmsil edib. Təəsüf ki, ilk oyun günündən sonra yalnız bir şahmatçımızı 1/4 final mərhələsinə vəsiqə qaza bildi. Hindistanlı rəqibi Aditya Samantı 2:0 hesabı ilə məğlub edən Xəzər Babazadə növbəti mərhələyə vəsiqəni təmin etdi.

Digər şahmatçılarımıza gəlincə, U-18 qızların qrupunda Gövhər Beydullayeva vyetnamlı rəqibi Pham Tranla bərabərə qalaraq cütünü taleyini bu gün keçiriləcək tay-brekə daşıdı.  U-10 yaş qrupunda Xəqan Əhməd,  U-16-da Şiroğlan Talıbov  qızların U-18 qrupundan Ayan Allahverdiyeva isə məğlub olaraq Dünya kubokundakı mübarizəni dayandırdılar. 
Təəsüf ki, dünən final mərhələsinin ilk günündə Azərbaycanı təmsil edən bir şahmatçı hakim qərəzi və haqsızlığa da məruz qaldı.  U-12 yaş qrupunda mübarizə aparan gənc istedadımız, müxtəlif yaş qrupları üzrə Dünya  Avropa mükafatçısı olmuş, kubokun seçmə mərhələsini 100%-lik nəticə ilə başa vurmuş Cahandar Azadəliyev  hakim və təşkilatçıların özbaşınalığı ilə üzləşdi. Belə ki, hakimlər və təşkilatçılar 1/8 final mərhələsində qarşılaşdığı Polşa təmsilçisi Kamil Varçoldan aşkar üstün olan Cahandarı "çiterlikdə" şübhəli bilblər və oyununu yarımçıq dayandıraraq qələbəni rəqibinə verdilər. Azadəliyevin atası tərəfindən buna etiraz olunsa da, hakimlər bunu sübuta yetirilməsi üçün bir qədər vaxt istdiklərinin bildirdilər, amma hələ ki, Cahandırın hər hansı bir proqram və ya başqa bir vasitənin köməyindən istifadə etməsinin bir dəlilini gətirə bilmədilər. Məsələyə hələ də açıq qalır və yaxın saatlarda cütün taleyi ilə bağlı qərar veriləcək. HƏMİN OYUN 
Qeyd edək ki, Rapid üzrə onlayn Dünya kubokunun final mərhələsi avqustun 31-dək davam edəcək.
  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss