Ümumi mükafat fondu 1 600 000 ABŞ dolları olan “Champions Chess Tour” Onlayn şahmat seriyasının son turniri olan "Aimchess US Rapid" davam edir.
CANLI
Chess.az xəbər verir ki, seriyanın doqquzuncu mərhələsində 16 şahmatçı iştirak edir və 15 turluq mübarizədən sonra ilk səkkiz yeri tutmuş şahmatçılar növbəti mərhələyə vəsiqə qazanacaqlar. Azərbaycanı bu turnirdə ölkənin ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov təmsil edir. Keçirilmiş 10 turdan sonra, Şah 6.5 xalla hal-hazırda dördncü pillədə qərarlaşıb. Sonuncu mərhələ sentyabrın 5-dək davam edəcək. Mərhələnin mükafat fondu isə 100 000 dollar təşkil edir.
30-08-2021, 10:59