SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"FİDE Onlayn Olimpiada 2021": Yığmamızın rəqibləri bəlli oldu

Bu gün ikinci onlayn Dünya Şahmat Olimpiadasının "Top divizionunun" oyunları start götürəcək.

Chess.az xəbər verir ki, güclülərin divizonunda mübarizəyə qoşulan yığmamız "B" qrupunda yer alacaq. Azərbaycan milli komandasının qrupdakı rəqibləri isə, İsveç, Çin, Macarıstan, Belarus, Hindistan, Moldova, Sloveniya, MisirFransa komandaları olacaq.
Xatırladaq ki, komandamızın əsas heyətində Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli Xanım Balacayeva yer alırlar. Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı Gövhər Beydullayeva isə yığmamızın ehtiyat oyunçularıdır.
Qeyd edək ki, qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss