Amerika Birləşmiş Ştatlarının Sent-Lyuis şəhərində "Fişer Şahmatı" üzrə "Chess 9LX" turniri davam edir.
Chess.az xəbər verir ki, dünən yarışın üçüncü turu çərçivəsində həmyerlimiz Şəhriyar Məmmədyarov erməni əsilli Rusiya şahmatçısı Harri Kasparovu məğlub edib. Keçirlmiş üç turdan sonra Məmmədyarov 2 xalla turnir cədvəlinin 2-4-cü pillələrini bölüşür.
Xatırladaq ki, bu ilin iyul ayında Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Grand Chess Tour" şahmat seriyasının üçüncü mərhələsi çərçivəsində həmyerlimiz hər iki oyunda eks-dünya çempionunu məğlub etmişdir.
9-09-2021, 11:58