SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Vuqar Həşimov" Avropa Çempionatının liderlər qrupunda

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku davam edir.

Chess.az xəbər verir ki, bu gün turnirin üçüncü turunun oyunları keçiriləcək. Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu İsrailin “Beer Sheva” komandası qarşılaşacaq.
Qeyd edək ki, şahmatçılarımız ötən turlarda Moldova İrlandiya komandalarını məğlub ediblər. Hazırda “Vüqar Həşimov” komandası 4 xalla liderlər qrupunda yer alır. Xatırladaq ki, çempionatda daha iki təmsilçimiz digər ölkələrin klublarını təmsil edir. Bunlar Makedoniyanın “Alkaloid” klubununu şərəfini qoruyan  Şəhriyar Məmmədyarov və İspaniyanın “Silla” komandasını təmsil edən Nicat Abasovdur. Təmsilçilərimizin çıxış etdiyi klublar da ilk iki oyunlarını qələbə ilə başa vuraraq liderlər qrupunda yer alırlar.  
Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss