SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Van Forest Niderland çempionatında çıxış etməkdən imtina etdi

İki ildir ki, dünyada tüğyan edən COVİD-19 pandemiyası üzündən bir çox qalmaqalların şahidi olmuşuq. 

Növbəti qalmaqal Niderlandda yaşandı. Bu yaxınlarda start götürməli olan ölkə çempionatının iştirakçıları təşkilatçıların qoyduğu tələblərə etiraz əlaməti olaraq bir bir çempionatda çıxış etməkdən imtina edirlər. Hətta son Niderland çempionu olan Lukas Van Vorest də bugünlərdə çempionatda iştirak etməkdən imtina edənlərin sırasına qoşuldu. Səbəb isə, iştirakçıların mütləq vasksinasiyadan keçməli olduqlarını və hər turdan öncə COVİD testini verməli olduqlarını göstərilir. Şahmatçılar ölkədə vaksinasiyanın məcburi olmadığını əsas gətirərək, belə bir məcburiyyətin doğru olmadığını qeyd edirdilər. Lakin uzun müzakirələrdən sonra təşkilatçılar qərarı olduğu kimi saxlayıblar və bir daha şahmatçıların vaksin pasportuna mütləq şəkildə sahib olmalarını qeyd ediblər.  Qeyd edək ki, Lukas Van Forest Sergey Tiviakov kimi məşhur şahmatçılardan başqa daha dörd şahmatçı ölkə birinciliyində iştiak etməkdən imtian ediblər. Yaxın günlərdə bu siyahının daha da geniş olması gözlənilir.  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss