SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan "Grand Swiss 2021"-də dörd şahmatçı ilə təmsil olunacaq

Sabah Latviyanın paytaxtı Riqada kişilər və qadınlar arasında İddiaçılar turnirlərinə seçmə mərhələ hesab olunan "Grand Swiss 2021" start götürür.  

  Chess.az xəbər verir ki, avqust ayında FİDE sanitar-epidimiolojı durumla əlaqədar olaraq turniri ənənəvi olaraq Böyük Britaniyaya məxsus olan Men adasında yox, məhz Latviyanın paytaxtı Riqa şəhərinə keçiriləcəyi barədə qərar vermişdir. Təəsüf ki, bugünlərdə Latviyada da Koronavirusla bağlı vəziyyət kritik xəttə çatıb və ölkədə qapanmalar və məhdudiyyətlər başlayıb. Məhz bu səbəbdən Azərbaycanın ən güclü kişi və qadın şahmatçıları olan Şəhriyar MəmmədyarovGünay Məmmədzadə, daha bir təmsilçimiz Qədir Hüseynov, onlardan başqa  Hikaru Nakamura, Aleksandr Şırov və daha bir neçə şahmatçı turnirdə iştirak etməkdən imtina ediblər. Ölkəmizin ən güclü şahmatçıların çıxış etməyəcəyi turnirdə, Azərbaycan 2022-ci ildə keçiriləcək "İddiaçılar turnirinə" iki vəsiqə verən "Grand Swiss 2021" şahmat yarışında dörd şahmatçı ilə təmsil olunacaq. 

 Ölkəmizi kişilərin turnirində 24.Rauf Məmmədov, 57.Nicat Abbasov, 66.Vasif Durarbəyli 102.Aydın Süleymanlı təmsil edəcəklər.  
  "Grand Swiss 2021" 11 turdan ibarət olacaq və İsveçrə sistemi üzrə keçiriləcək. Yarış noyabrın 7-dək davam edəcək. "Grand Swiss 2021"-in mükafat fondu isə 550 000 ABŞ dolları təşkil edəcək.  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss