SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Əlirza Firuzcanın benifisi

Latviyanın paytaxtı Riqa şəhərində keçirilən kişilər və qadınlar arasında "İddiaçılar turnirlərinə" vəsiqə verən "Grand Swiss 2021" şahmat turnirinə yekun vurulub. 

  Bu turniri çoxdandır ki, şahmat dünyasının gündəmini zəbt edən 18 yaşlı Əlirza Firuzcanın benifisi kimi adlandırmaq da olar. Ötən il İran vətəndaşlığından imtina edərək
 Fransaya köçən 18 yaşlı vunderkind, heyyətinə və çəkisinə görə olduqca güclü olan yarışda 11 oyundan 8 xal toplamaqla həm turnirdə birinci olmağı, həmçinin gələn il keçiriləcək "İddiaçılar turnirinə" vəsiqə əldə etməyi bacardı.  "İddiaçılar turnirinə" ikinci vəsiqənin sahibi isə ABŞ şahmatçısı Fabiano Karuana oldu. Qadınların yarışına gəlincə, çinli  Li Tingji və almaniyalı Elizabet Payetz müvafiq olaraq 1-ci və 2-ci yerləri tutaraq "İddaçılar turnirinə" vəsiqə qazanıblar.
  Təəsüf ki, turnirdə iştirak edən dörd azərbaycanlı şahmatçı üçün turnir olduqca uğursuz alındı.Təmsilçilərimizlərin arasında ən yaxşı nəticəni son Azərbaycan çempionu olmuş Vasif Durarbəyli göstərdi. Yarışı 4.5 xalla başa vuran Vasif, turnir cədvəlinin 80-90-cı yerləri bölüşüb. Digər şahmatçılarımız Nicat Abbasov, Rauf Məmmədov və Aydın Süleymanlı isə yarışı 91-103-cü yerlərdə bitiriblər. Hər üç şahmatçı 11 oyundan cəmi dörd xal toplamağı bacarıblar.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss