SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya Çempionatı Nursultanda keçiriləcək!

Rapid və Blitz üzrə Dünya Çempionatı bu ilin dekabrın 25-dən 30-dək Qazaxıstanın paytaxtı Nursultan şəhərində baş tutacaq. 
Chess.az xəbər verir ki, bu barədə məlumat FİDE-nin rəsmi veb saytında dərc olunub. Ötən il COVİD-19 pandemiyası üzündən keçirilməyən Dünya çempionatı bu il ənənəvi tarixlərdə keçirilicək. İlin son və ən böyük şahmat bayramına ev sahiblik etmək üçün bir neçə ölkə namizəd olmuşdur və Ali şahmat qurumu seçimini  Qazaxıstanın üzərində saxlayıb. Artıq təşkilatı işlərə start verilib. Yarışın ümumi mükafat fondu da dəyişməz olaraq qalıb. DÇ-nın ümumi mükafat fondu əvvəlki kimi 1 000 000 ABŞ dolları təşkil edəcək. DÇ-ı çərçivəsində keçiriləcək Rapid turniri kişilərdə 13, qadınlarda isə 11 turdan ibarət olacaq. Blitz yarışı isə kişilərdə 21, qadınlarda isə 17 raunddan ibarət olacaq. Turnirlər İsveçrə sistemi üzrə keçiriləcək. Artıq DÇ-da iştirak etmək istəyən şahmatçılar üçün qeydiyyat da açıqdır. Qeyd edəki, 2019-cu ildə Rusiyanın paytaxtı Moskvada keçirilən son Dünya Çempionatında kişilərdə Maqnus Karlsen həm Rapid həm də Blitzdə qalib adını qazanmışdır. Qadınlarda isə, hindistanlı Humpu Koneru Rapid, rusiyalı Katerina Laqno isə Blitz üzrə Dünya çempionu adının qazanmışdırlar.  


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss