SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

DÇ-nın finalı: Hamı Maqnus deyir, statistika isə..... (CANLI.VİDEO)

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən EXPO 2020 sərgisi çərçivəsində şahmat üzrə Dünya Çempionu adı uğrunda final matçı davam edir. 

MAQNUS KARLSEN (NORVEÇ) - YAN NEPOMNYAŞİY (RUSİYA)  :  (1.5:1.5)
 Chess.az xəbər verir ki, dünən norveçli Maqnus Karlsenlə rusiyalı Yan Nepomnyaşiy arasında keçirilən final matçında istirahət günü idi. Xatıraldaq ki, fınalın istirahətə qədər keçirilmiş üç partiyanın üçü də bərabərliklə nəticələnmişdir. Kifayət qədər gərgin və maraqlı mübarizə şəraitində keçirilən finalın dördüncü partiyasında norveçli Maqnus Karlsen ağ fiqurlarla oynayacaq. Finala xüsusi maraq qatan digər məqam isə statistikadır.  Karlsenin cütün aşkar favoriti kimi görsənsə də, statistika tamam başqa şey deyir. Məhz rusiyalı Nepomnyaşiy dünyada azsaylı şahmatçılardan biridir ki, dünya çempionuna qarşı müsbət statistikaya malikdir. Finala qədər tərəflər 13 dəfə üz-üzə gəlmişdirlər və bu 13 partiyanın yalnız birində Karlsen qələbəni bayram etməyi bacarmışdır. Rusiyalı Yan Nepomnyaşiy isə, dörd dəfə Maqnusu təslim olmağa məcbur etməyi bacarmaşdı. Səkkiz partiya isə bərbərliklə nəticələndi. 
 Final matçının dördüncü partiyası bu gün Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.   
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss