Bu gün 2016-cı ildən etibarən şahmat üzrə Dünya Çempionu ünvanını özündə saxlayan norveçli Maqnus Karlsenin doğum günüdür.
31 yaşı tamam olan Karlsen 1990-cı ilin noyabrın 30-da Norveçin Tönsberq şəhərində anadan olub. 2004-cü ildə, hələ 14 yaşı tamam olmadan qrossmeyster tituluna yiyələnən Karlsen, bu uğurdan 12 il sonra, 2016-cı ildə hindistanlı Vişi Anandı məğlub edərək ilk dəfə dünya çempionu adını qazanıb. Karlsen dünya şahmat tarixində gəlmiş-getmiş ən güclü şahmatçılarından biri hesab olunur.
Maqnus Karlsen 31-ci doğum gününü də taxta arxasında keçirəcək. Xəbər verdiyimiz kimi bugünlərdə Karlsen Dubayda rusiyalı Yan Nepomnyaşiy ilə matçda növbəti dəfə öz çempion titulunu qorumağa çalışır. Keçirlmiş ilk üç qarşılaşmadan sonra final matçında bərabərlik hökm sürür 1.5:1.5. Bu gün matçın dördüncü partiyası keçiriləcək.