SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Vüqar Həşimov Memorealı 2021": Bu dəfə Karlsen və Rəcəbovsuz

“Vüqar Həşimov Memorealı" pandemiyadan sonra bərpa edilir.

  "Bu turnirin təşkilatçılığında Vüqar Həşimov Şahmat Fondu və Azərbaycan Şahmat Federasiyası məşqul olacaq. Budəfəki turnir böyük ehtimalla rapid və blits formatında 8 şahmatçının iştirakı ilə keçiriləcək”. Bunu Oxu.Az-a müsahibəsində Azərbaycan Şahmat Federasiyasının yeni prezidenti Mahir Məmmədov bildirib.
  Dekabrın 17-də mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq dərəcəli şahmat turnirinə start veriləcək. Yarış əvvəlki illərdən fərqli olaraq, Şəmkirdə yox, Bakıda baş tutacaq və "Fairmont" otelində keçiriləcək.
  Mahir Məmmədov yarışda kimlərin yarışda iştirak edəcəyi ilə bağlı suala belə cavab verib: “100% əminəm ki, bizim şahmatçılardan Şəhriyar Məmmədyarovla Rauf Məmmədov bu turnirdə iştirak edəcək. Teymur Rəcəbovun isə planları başqadır. O, Sloveniyada keçirilmiş Avropa çempionatından sonra dünya şahmat tacı üçün İddiaçılar Turnirinə hazırlıq mərhələsinə qədəm qoyacaq. Onun bundan sonrakı bütün çıxışları İddiaçılar Turnirinə hazırlığa uyğun qurulacaq. Dünya çempionu Maqnus Karlsen və Yan Nepomnyaşinin Bakıdakı turnirdə iştirak etməyəcək çünki onların hər ikisi Dubayda dünya şahmat tacı uğrunda mübarizə aparır. Adlarını çəkmək istəmirəm. Amma bir neçə məşhur şahmatçıya dəvət göndərmişik. Bu dəfə ABŞ-dan minimum 1 şahmatçı olacaq. Rusiyadan Sergey Karyakin iştirak edəcəyinə söz verib. O həmişə mərhum Vüqar Həşimova hörmətlə yanaşıb və Şəmkirdə daha əvvəl keçirdiyimiz turnirlərə ciddi hazırlaşıb. Şahmatçıların adları Vüqar Həşimov Şahmat Fondu ilə dəqiqləşdirilərək mediaya təqdim olunacaq”.
    Federasiya rəsmisi yarışda şərtlərin pandemiya dövrünün tələblərinə uyğun qurulacağını bildirib:
“Yarışa tamaşaçıların buraxılmasını indidən demək çətindir. Yəqin ki, pandemiyaya görə müəyyən sərtliklər olacaq. Ancaq bu sərt tədbirlərin nədən ibarət olacağını bildirmək müşküldür. Çünki pandemiya dövrünün tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir. Dekabrın 17-nə yaxın bu barədə dəqiq söz demək mümkündür”.
Qeyd edək ki, ilk dəfə 2014-cü ildə baş tutmuş Vüqar Həşimov Memorialı Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen iştirak etdiyi turnirlərin 4-də də (2014, 2015, 2018, 2019) qalib olub. Onun iştirak etmədiyi 2 turnirdə (2016, 2017) isə Şəhriyar Məmmədyarov çempion adını qazanıb. Ötənilki yarış koronavirus pandemiyası səbəbindən baş tutmayıb.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss