SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Hikaru Nakamuranın adı FİDE reytinq cədvəlindən çıxarıldı (SƏBƏB)

Ali Şahmat qurumunun (FİDE) dekabr ayı üçün açıqladığı yeni reytinq cədvəlində ABŞ-nın ən güclü şahmatçılarından biri hesab olunan Hikaru Nakamuranın adına rast gəlinmədi.

  Chess.az xəbər verir ki, buna səbəb onun son iki il ərzində şahmatın klassik növü üzrə heç bir rəsmi partiyanın keçirməməsidir. FİDE-nin pandemiya dövründə tətbiq etdiyi qaydalarına görə, əgər bir şahmatçı iki il ərzində heç bir rəsmi oyun keçirmirsə, onun reytinqi avtomatik olaraq dondurulur və şahmatçının adı müvəqqəti olaraq reytinq cədvəlindən çıxarılır. Qeyd edək ki, pandemiyadan öncə bu müddət bir il idi. Buna baxmayaraq Hikaru Nakamuranın adı Rapid və Blitz üzrə reytinq cədvəlində qalır. Nakamura Rapiddə 2836 xalla 3-cü, Blitzdə isə 2884 xalla 2-cidir.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss